Əsas səhifəXariciYeni nəsil Mercedes-Benz S-Class modelinin son tizeri dərc edilib
PAYLAŞ

Yeni nəsil Mercedes-Benz S-Class modelinin son tizeri dərc edilib

Xarici 28 Avqust 2020 10:22 1855

Çox güman ki, Mercedes-Benz şirkəti 2 sentyabr tarixində keçiriləcək təqdimat öncəsi, yeni nəsil S-Class modelinin növbəti və sonuncu tizerini dərc edib. Ştutqart təmsilçisi gələcək flaqmanın eksteryer dizaynını nümayiş etdirən dizayner eskizini paylaşıb.

Eskizdəki avtomobil kupeşəkilli kuzov forması, iri öçülü təkər diskləri və yenilənmiş E-Class modelinin üslubunda LED gündüz hərəkət işıqlarına malik olan ön fənəriləri ilə seçilir. Yeni modeli W222 nəslindən fərqləndirən cəhətlər arasında daha yuvarlaq formalı radiator barmaqlığı, üfüqi çarpaz xətlərdən məhrum edilmiş və xrom ilə işlənmiş hava girişləri də vardır.

Bundan əvvəl, Mercedes-Benz şirkətinin mətbuat xidməti yeni S-Class modelinin salonu üzərindəki sirr pərdəsini tamamilə götürmüş və onun avadanlıqları barədə məlumat vermişdi. Salonda yeni sensorlu panellər və sensorlu ekranlar quraşdırılıbdır ki, bunun sayəsində də analoq idarəetmə orqanlarının sayı 27 ədəd azaldılıbdır.


MƏNBƏ: autgraph.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020