İsmayıllı rayonunda davamlı olaraq tibbi maskadan istifadə etməyən şəxslərə, xüsusən də sürücü və sərnişinlərə qarşı reyd keçirilib.
Sərtləşdirilmiş karantin rejimi elan olunan gündən insanların tibbi maskadan istifadə etmələri tövsiyə olunub.
Lakin bir sıra vətəndaşlar nəinki öz sağlamlığını düşünmür, hətta digərlərini də təhlükə altına atırlar. Bu kimi neqativ hallar reydlər zamanı daha çox üzə çıxır və ictimai qınaq obyektinə çevrilir. Bu səbəbdən polis əməkdaşları nəqliyyat vasitələrində maskasız hərəkət edən sürücüvə sərnişinlərlə maarifləndirici söhbətlər aparırlar.
Reyd zamanı tövsiyələri dinləyib səhvini başa düşənlər də olur, günahı ola-ola polis əməkdaşları ilə mübahisə edən və ya qanunsuz əməllərinə qanuni don geydirməyə çalışanlar da. Bütün hallarda qanunu pozan vətəndaşlar saxlanılır, cərimələnir və marifləndirilir.
Ən çox rastlanan qayda pozuntularından biri də avtobuslarda özünü göstərir. Sərnişinlər ya maskadan istifadə etmirlər, ya da oturacaqlarda sıx-sıx otururlar. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən nəqliyyatda və ictiami məkanlarda baş verə biləcək istənilən bir qayda pozuntusunun qarşısının alınması istiqamətində tədbirlər görülür. Bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq keçiriləcəyi bildirilir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər