Əsas səhifəNəqliyyat“Hüseyn Cavid” gəmisi təmirdən sonra ilk xarici səfərinə yollanır: FOTO
PAYLAŞ

“Hüseyn Cavid” gəmisi təmirdən sonra ilk xarici səfərinə yollanır: FOTO

Nəqliyyat 29 Avqust 2020 15:29 2041

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus Xəzərdənkənar sularda istismar olunan “Hüseyn Cavid” universal quru yük gəmisi təmir olunub.

ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan tərsanə təmiri vaxtında və yüksək keyfiyyətlə həyata keçirilib.

Zavodda gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları təmir olunub. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Həmçinin, heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarlarda lazımi təmir işləri aparılıb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri, anbar qapaqları təmizlənərək üçqat boya ilə rənglənib.

Təmir  başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.

 Bu gün “Hüseyn Cavid” gəmisi təmirdən sonra xarici sulara doğru ilk səfərinə yollanacaq. Gəmi Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, “Hüseyn Cavid” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.


MƏNBƏ: qaqazinfo.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020