Əsas səhifəÖlkəDİN sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama verdi
PAYLAŞ

DİN sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlama verdi

Ölkə 31 Avqust 2020 06:30 1721

Avtoyol.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımovun "Report"a verdiyi məlumata görə, bəzi  sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Morullu kənd sakininə məxsus evə qeyri-qanuni yolla daxil olması, oradakı dini bayraq və şüarların sökülməsi ilə bağlı əsassız, böhtan xarakterli xəbər yayılıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin  5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib,  məscidlərin fəaliyyəti dayandırılıb.

Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlar öz həyətlərində dini şüar və bayraqlar asaraq  “Aşura”  mərasimi təşkil etməklə karantin rejimini kobud surətdə pozmağa cəhd edirlər.

Bununla əlaqədar Şəmkir RPŞ-nin əməkdaşları  rayon ərazisində mütəmadi reydlər keçirib, sakinlərlə izahedici-maarifləndirici söhbətlər aparıb. Reyd zamanı rayonun Morullu kəndi ərazisində Mahir Əmraslanova məxsus fərdi yaşayış evində  “Aşura”  mərasiminin keçirilməsi ilə əlaqədar hazırlıq işləri görüldüyü, bu məqsədlə dini şüarlar və bayraqlar asıldığı aşkar edilib. Polis əməkdaşları dərhal mərasimi başlamadan dayandırmış, həmin şüar və bayraqlar sökülüb. Vətəndaş M.Əmiraslanov və onun oğlu Mətləb Əmiraslanov saxlanılaraq  RPŞ-yə gətirilərək, onlarla profilaktiki söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin  211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması)  maddəsi ilə protokollar tərtib edilərək inzibati qaydada cərimə ediliblər.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020