Əsas səhifəÖlkəİsmayıllıda 11 yaşayış məntəqəsini birləşdirən yola ilk dəfə asfalt döşənir
PAYLAŞ

İsmayıllıda 11 yaşayış məntəqəsini birləşdirən yola ilk dəfə asfalt döşənir

Ölkə 31 Avqust 2020 19:16 2020

Prezident İlham Əliyevin 2020-ci il 31 iyul tarixli Sərəncamına əsasən dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunda tikinti işlərinə başlanılıb.

Yerli sakinlərin sözlərinə görə, Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut yoluna ilk dəfədir ki, asfalt döşənir. Kürdüvan kəndində anadan olan 65 yaşlı Cəsarət Mahmudov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, bu kəndlər rayon mərkəzindən 30 kilometr aralıda yerləşir. Kənd yollarından istifadə etməklə rayona gedib-gəlmək həmişə müşkül məsələ olub. Bu yaşayış məntəqələri dağ kəndləri olduğundan sel suları tez-tez torpaq yolları sıradan çıxarırdı. Bir sözlə, yolların yararsız olması yerli sakinlərin işlərini xeyli çətinləşdirirdi.

Lakin dövlət başçısının müvafiq sərəncamı kənd sakinlərinə böyük sevinc bəxş edib. Cəsarət kişi deyir ki, bu ərazilərdə yollar tarix boyu daşlı-kəsəkli olub. Amma indi müasir standartlara uyğun yeni yol çəkilir. Bu yolun çəkilişi nə qədər sakinin işini asanlaşdıracaq. Buna görə də, Cəsarət Mahmudov Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb: “Mən özüm bu kəndin sakiniyəm, uşaqlığım, gəncliyim bu kənddə keçib. Amma hazırda Sumqayıtda yaşayıram. Kəndimizə asfalt yolun çəkildiyini görəndən sonra dövlətimizin başçısına təşəkkür məktubu yazdım. Minnətdarlığımı ifadə etdim, bizim kəndin yolu heç vaxt belə asfalt olmayıb. Allah, Prezidentimizə cansağlığı versin”.

Kürdüvan kəndinin digər sakini Rüstəm Məmmədov da asfalt yolun çəkilməsinin bir çox problemi həll edəcəyini deyir. Onun sözlərinə görə, sakinlər yollar bərbad olduğundan əkin sahələrində yetişdirdikləri məhsulları bazara çıxarmaqda problem yaşayırdılar. Lakin bu, artıq geridə qalır: “Hazırda gördüyünüz kimi, yol tikintisi davam edir, bundan sonra istehsal etdiyimiz kənd təsərrüfatı məhsullarını çox asanlıqla bu asfalt yolla bazarlara çıxara biləcəyik. Bundan əlavə, buranın təbiəti də çox gözəldir, ümid edirik ki, yol çəkilişindən sonra turist axını da çoxalacaq”.

Ümumi uzunluğu 17 kilometr olacaq ikizolaqlı yolun hərəkət hissəsi 6, çiyinləri 4 metr təşkil edəcək. Yol kənarına düşən çay yatağının 900 metr hissəsinə beton divar çəkiləcək. Yolun müxtəlif yerlərində 11 suötürücü qurğu quraşdırılacaq.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020