Əsas səhifəXariciChevrolet Boltda yenilik var
PAYLAŞ

Chevrolet Boltda yenilik var

Xarici 01 Sentyabr 2020 08:22 1127

ABŞ bazarında Chevrolet Bolt elektrokarı satış baxımından Volt hibrid modelini keçə bilməyib. Buna görə də, hetçbeki onun populyarlığını artıracaq yenilənmə gözləyir. Lakin iş təkcə yenilənmə ilə məhdudlaşmayıb – tezliklə Bolt ailəsində artım da gözlənilir. Bu layihə General Motors koserni üçün çox vacibdir və bu səbəbdən də, amerikan istehsalçısı bütün qüvvəsini bu layihənin tezləndirilməsinə yönəldib.

Bu gün amerikan istehsalçısı Bolt ailəsinin yeni üzvü olan Bolt EUV krossoverinin 2022-ci ildə deyil, daha tez işıq üzü görəcəyini bildirib. General Motors konsernindən verilən məlumata görə, seriya modelinin istehsalına bir ildən sonra başlanacaqdır.  Hələlik isə, istehsalçı yalnız tizeri dərc etməklə kifayətlənib.

Gələcək Bolt EUV modeli standart heçbekin əsasında yaraılmış elektrik krossoveridir. Üstəlik, bənzər avtomobil artıq Çində Buick Velite 7 adı ilə təqdim olunub. Göründüyü kimi, Bolt EUV orijinal hetçbekdən bir qədər iri olacaqdır. Böyük ehtimalla, modelin uzunluğunun artması, təkər bazasının artması ilə əlaqədardır.

Həm adi Bolt, həm də EUV indeksinə malik olan yeni krossover, sürücünün müdaxiləsi olmadan şossedə avtomobili idarə edə bilən Super Cruise avtopilotunu əldə edəcəkdir. GM konserni elektrokarların texniki hissəsi barədə məlumatları gizli saxlayır - çox güman ki, nə hetçbek, nə də ki krossover yeni Ultium batareyalarını almayacaqdırlar.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020