Əsas səhifəXariciABŞ polisi bu dəfə qaradərili velosipedçini güllələdi
PAYLAŞ

ABŞ polisi bu dəfə qaradərili velosipedçini güllələdi

Xarici 02 Sentyabr 2020 10:13 1550

ABŞ-da polis daha bir qaradərili şəxsi qətlə yetirib.

Avtoyol.az xarici mediaya istinadən xəbər verir ki, Los-Anceles şəhərində qanunsuz şəkildə velosiped sürdüyü iddia edilən 29 yaşlı Dijon Kizzi polisin “dayan” əmrinə tabe olmayaraq qaçıb. Dijonun qaçarkən əlindən saldığı əşyalarının arasında silah olub və bunu görən polis ona atəş açıb.

Los-Anceles polis rəisi Brandon Dinin sözlərinə görə, Dijon velosipedini qoyub qaçarkan polis əməkdaşlarından birinin üzünə yumruq da vurub.

Baş vermiş hadisədən sonra Los-Ancelesdə növbəti aksiyalar başlayıb.

Xatırladaq ki, may ayında polis daha bir qaradərilini – Corc Floydu atəş açaraq öldürmüşdü. Bu isə ölkədə kütləvi etirazlara səbəb olmuşdu.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020