Başı telefona qarışan sürücü qəza törədib.
Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Rusiyanın Şelkovo şəhəri, “Baxçivanci” dəmiryolu stansiyası yaxınlığında qeydə alınıb.
Bildirilir ki, qadın sürücü idarə etdiyi avtomobillə, hərəkətdə olarkən sükan arxasında mobil telefonla danışıb və bu arada bir başqa maşınla toqquşacağını görərək qəfil manevr edib. Bundan sonra idarəetməni itirən qadın, gözünü açdıqda görüb ki, dəmiryolu relslərinin üzərindədir.
Xoşbəxtlikdən həmin zaman oradan qatar keçməyib.
Qəza nəticəsində sürücü yüngül xəsarətlər alıb, avtomobilə isə ciddi ziyan dəyib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər