Bakıda ahıl kişi avtobusda ölüb.
Avtoyol.az APA-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1950-ci il təvəllüdlü Bəxtiyar Mustafayevin marşrut avtobuslarından birində qəfildən halı pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, B. Mustafayev ürəktutmasından ölüb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər