Əsas səhifəEkspertSərt karantin rejimi yenidən tətbiq ediləcək? (AÇIQLAMA)
PAYLAŞ

Sərt karantin rejimi yenidən tətbiq ediləcək? (AÇIQLAMA)

Ekspert 07 Sentyabr 2020 08:39 2680

Mart ayından etibarən məktəblər, metro, böyük ticarət mərkəzləri bağlandı. Həmin aydan başlayaraq tətbiq edilən, aprel ayından isə daha da sərtləşdirilən karantin tədbirləri məhz səhiyyə sistemini virusla mübarizəyə hazırlamaq, insanları daha çox məlumatlandırmaq, yeni davranış qaydalarını təbliğ etmək idi. Həmçinin qısa bir zamanda mütəxəssislərdən ibarət komanda yaradıldı. Dövlətimiz karantin müddətində qarşıda duran bütün vacib məsələləri həll etdi. Ölkəmiz əhalinin sosial təminatı yönündə də təxirəsalınmaz addımlar atdı. Səhiyyə sistemi müasir səhiyyə strukturuna uyğunlaşdırıldı.

Avtoyol.az xəbər verir ki, bunu  Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, avqustun 5-dən statistik göstəricinin müsbətə doğru dəyişməsini nəzərə alaraq yumşalmaya gedildi. Bu həm iqtisadiyyatın davamlılığı, həm də insanların istirahətini, sosial-psixoloji vəziyyətini yaxşılaşdırmaq baxımdan vacib addım idi.

M.Cəfərov deyib ki, yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın. İnsanların səhətini ön plana çəkən dövlətimiz hər yumşalmada sağlamlığın təminatını üstün tutur. Fəal açılışlara gedən ölkələrdəki vəziyyətə nəzər salsaq görərik ki, həmin ölkələrdə yumşalmalardan sonra xəstələrin sayı kəskin artıb.

"Xəstəliyin yüksək dinamikasına görə fərqlənən bölgələrdə də göstəricilər yaxşı olduğundan bu yumşalmaların davamlı olmasına şərait yarandı. Artıq rayonlara gediş-gəliş və qapalı məkanlara olan qadağa aradan qaldırıldı", - Milli Məclisin deputatı deyib.

M.Cəfərov qeyd edib ki, karantin rejiminə yumşalmalar həyata keçirilsə də, insanlar maksimum diqqətli olmalıdırlar. Çünki sərt rejimə yenidən dönməmək üçün vətəndaşlar məsuliyyətli olmalı, bütün qaydalara əməl etməlidirlər. Belə olduqda qarşıdakı günlərdə də bəzi qadağalar ləğv edilər. Əks təqdirdə göstərişlərə riayət edilməməsi durumunda yoluxma sayı artar və əvvəlki kimi sərt karantin tətbiq edilə bilər. Qısacası hər şey hər kəsin fərdi məsuliyyətindən asılıdır.


MƏNBƏ: Trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020