Əsas səhifəİqtisadiMillət vəkili: "Taksi qiymətlərini bahalaşdırmaq olmaz"
PAYLAŞ

Millət vəkili: "Taksi qiymətlərini bahalaşdırmaq olmaz"

İqtisadi 07 Sentyabr 2020 08:57 1444

"Bakı Nəqliyyat Agentliyinin (BNA) keçmiş şöbə müdiri Hikmət Babayevin "taksidən yalnız imkanlı adamlar istifdə etməlidir" fikir ilə razı deyiləm. Çünki taksi hamı üçündür. İstənilən şəxs vacib işi olanda və ya istədiyi vaxt taksidən istifadə edə bilər”.

Avtoyol.az xəbər verir ki, bu sözləri Redaktor.az-a millət vəkili Vahid Əhmədov son günlər müzakirə olunan vahid taksi qiymətləri ilə bağlı danışarkən deyib. O, vahid qiymətlə bağlı bir sıra məsələlərə toxunub:

"Birincisi, taksilərdə xidmət səviyyəsi çox aşağıdır. Hesab edirəm ki, əvvəlcə bu məsələyə baxmaq lazımdır. Çünki xidmət yüksək səviyyədə olmalıdır ki, insanlar bundan razı qalsınlar.

İkincisi, tariflər elə hazırlanmalıdır ki, nə sürücülər, nə də vətəndaşlar bundan əziyyət çəksin. Yəni, tarifi yüksək məbləğdə qəbul etmək olmaz.

Üçüncüsü, bu gün ölkəmizə kifayət qədər taksilər gətirilib. Taksi fəaliyyətinə yaramayan taksilər dövrüyədən çıxarımalı, ölkəyə gətirilən taksilər uyğun qiymətlərlə fəaliyyət göstərməlidir.

Lakin, avtomobili taksi fəaliyyətinə uyğun olmayan şəxslərin iş məsələsi də həll olunmalıdır. Nəzərə almaq lazımdır ki, indi pandemiya dövrüdür, neftin qiyməti aşağı düşür, işsizlik artır və.s. Bu mənadə işsiz adam qalmamalıdır.

Qısacası, bu cür qərarlar dəqiq şəkildə hazırlanmalı və ölkədəki vətəndaşların durumu nəzərə alınmalıdır".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 2398

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020