Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Avtoyol.az xəbər verir ki, hadisə Biləsuvar rayonunun Amankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Rauf Əliyev idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən, həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.
Yaralı qadın müxtəlif bədən xəsarətləri alıb və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər