Əsas səhifəNəqliyyatDYP deputat Razi Nurullayevə cavab verdi: Videokameralara baxış keçiriləcək
PAYLAŞ

DYP deputat Razi Nurullayevə cavab verdi: Videokameralara baxış keçiriləcək

Nəqliyyat 08 Sentyabr 2020 20:40 2090

Yol polisi ilə deputat Razi Nurullayev arasında yaranmış mübahisəli məsələ hazırda araşdırılır. Bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib.

"Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Həmin ərazidə və qeyd edilən avtomobildə olan videokameralara da baxış keçiriləcək. Görək maşın hansı səbəbdən saxlanılıb və orada nə söhbət gedib. Əgər əməkdaşımız tərəfindən hansısa qanunazidd hərəkətlər aşkarlanarsa, sözsüz ki, onun haqqında müvafiq tədbirlər görüləcək”, - deyə Kamran Əliyev bildirib.

Yol polisi deyir ki, deputatlar da yol polisinə sənəd təqdim etməlidirlər: "Yazıda Millət vəkili bildirir ki, polis əməkdaşı ondan sənəd tələb edib. Yol polisi əməkdaşı deputatların hamısını tanıya bilməz. Yaxud deputatın maşınını sürücü, yaxud hansısa yaxını da idarə edə bilər.

Polis əməkdaşının deputatdan sənəd göstərməyi tələb etməsində qeyri-adi hal yoxdur. Burada polisin kimdənsə rüşvət istəməsi halı da yoxdur.

Hər bir sürücü kimi Millət vəkili də ən azından deputatlığı təsdiq edən sənədi göstərməlidir ki, həmin əməkdaş da bu adamın, həqiqətən də, deputat olduğunu bilsin. Ola bilər ki, avtomobil hərəkəti zamanı hansısa şübhə doğura bilər. Ola bilər, həqiqətən də, maşının xarici işıqlarında hansısa nasazlıq müşahidə edilib”.

Qeyd edək ki, dünən yol polisi deputat Razi Nurullayevi saxlayıb. Bu barədə millət vəkili "Facebook” səhifəsində yazıb.


Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020