Bakı sakini barəsində qanunsuz protokol tərtib edildiyi bildirilir.
Avtoyol.az xəbər verir ki, bu barədə “Report”a paytaxt sakininin özü - Elvin Məcidov deyib.
O bildirib ki, idarə etdiyi "VAZ-2107" markalı avtomobillə paytaxtın Bakıxanov prospektində qadağan olunmamış hissəsində dayanarkən Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən onun barəsində protokol tərtib olunub:
“Hüquqşünaslar dedi ki, mən, həqiqətən də, qayda pozmamışam. Yolun başlanğıcında quraşdırılan 3.27 dayanma və durmanı qadağan edən nişan, 1.4 sarı xəttin bitdiyi yerdə qüvvəsini itirir. “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin VI hissəsinin 4-cü bəndində qeyd olunub ki, 1.4 sarı bütöv xətt 3.27 nişanı ilə tətbiq edildikdə dayanmanın qadağan olunmuş yerləri bildirir.
Həmin prospektdə nişan qoyulmuş yerdən başlayan 1.4 sarı xətt bir az qarşıda bitir. Sarı xətt bitdiyi yerdə 3.27 dayanma durmanı qadağan edən nişan da qüvvəsini itirir. Mən sarı xətt bitən yerdən sonra Rusiya səfirliyini keçib dayanmışam. Lakin barəmdə protokol tərtib olunub”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər