Əsas səhifəÖlkəDeputatı yolda saxlayan polislə bağlı tədbir görüləcək
PAYLAŞ

Deputatı yolda saxlayan polislə bağlı tədbir görüləcək

Ölkə 09 Sentyabr 2020 09:07 1709

“Dünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi İdarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik”.

Avtoyol.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.

“Qaldırdığım məsələlərlə bağlı problemlərin araşdırılacağını dedilər və məlum polis nəfəri ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini vurğuladılar. Araşdırma gedir”, - partiya sədri qeyd edib.



MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020