+994507882020
info@avtoyol.az
Əsas səhifəQanunAğır qəza: kişi öldü, anası və oğlu ağır xəsarət aldı
PAYLAŞ

Ağır qəza: kişi öldü, anası və oğlu ağır xəsarət aldı

Qanun 09 Sentyabr 2020 14:46 942

Lənkəran rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtoyol.az xəbər verir ki, hadisə Girdəni kəndində qeydə alınıb.

Belə ki, qəza zamanı İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub.

Nəticədə "VAZ-2107"in sürücüsü və sərnişinləri ağır yaralanıb.

Qəzada ağır yaralanan 1979-cu il təvəllüdlü Mahir Əhmədov xəstəxanaya aparılan zaman yolda keçinib.

Onun anası, 1947-ci il təvəllüdlü Güldərən Əhmədova və oğlu 2014-cü il təvəllüdlü Hüseyn Əhmədzadə ağır yaralanıb. Eləcə də 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 1986-cı il təvəllüdlü Mais Kəlbiyev ağır xəsarətlər alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


MƏNBƏ: report.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az