Əsas səhifəÖlkəAzərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
PAYLAŞ

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ölkə 09 Sentyabr 2020 17:17 1599

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, bu günə qədər isə ümumilikdə 980 978 test icra olunub.

Ötən gün 139 yeni yoluxma faktı qeydə alınmış, 128 nəfər müalicə olunaraq sağalmış, 1 nəfər vəfat etmişdi.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020