Əsas səhifəXariciNazirin limuzini 285 min dollara satışa çıxarıldı - FOTO
PAYLAŞ

Nazirin limuzini 285 min dollara satışa çıxarıldı - FOTO

Xarici 09 Sentyabr 2020 20:09 2204

"LBI Limited" kompaniyası, 1965-ci ildə istehsal edilən nadir "Mercedes-Benz 600 Pullman"ı satışa çıxarıb.

Avtoyol.az avtosfer.az-a istinadən xəbər verir ki, maşın bundan əvvəl Çinin keçmiş xarici işlər naziri Çen İ-yə məxsus olub. Siyasi xadimin avtomobilini almaq istəyənlər 285 min dollar ödəyərək əldə edə bilərlər.

Bildirilir ki, limuzinin sürüş məsafəsi 21 186 kilometrdir. Keçmiş nazir maşını 1965-1967-ci illər arasında istifadə edib. Hazırda avtomobil ABŞ-dadır.

Bundan əvvəl nəqliyyat vasitəsi Almaniyada və Hollandiyada özəl kolleksiyalarda hərraca çıxarılıb.

"Mercedes-Benz 600 Pullman" 250 at gücündə olan 6,3 litrlik V8 mühərriki ilə təchiz olunub.

Limuzinin maksimal sürəti 200 km/saatdır.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020