Ötən gün DİN Baş DYP İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib.
Müraciətdə hərəkət iştirakçılarını, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinləri mütləq qaydada tibbi maskalardan istifadə etməyə, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinməyə çağırılırdı. Sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu.
“Qafqazinfo” saytının əməkdaşları ötən gün axşam saatlarında paytaxtda hərəkətin ən sıx olduğu “28 May” metro stansiyasının ətrafında müşahidə aparıblar. Məlum olub ki, axşam saatlarında əksər marşrut avtobusları dolu olur, yollardakı tıxac səbəbindən gec gəlir və bu da sərnişinlərin dayanacaqlarda sıxlığına səbəb olur.
Həmin görüntüləri təqdim edirik:
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər