Əsas səhifəÖlkəMetronun fəaliyyəti bərpa olunur
PAYLAŞ

Metronun fəaliyyəti bərpa olunur

Ölkə 11 Sentyabr 2020 12:38 1059

Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir məlumat yayıb.

Avtoyol.az "Qafqazinfo"a istinadla xəbər verir ki,  daxil olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin 2020-ci il avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.  Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.  

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır. 

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb. 

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020