Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Kristal 1" yaşayış binasının qarşısındakı dayanacaqda əsl xaos yaşanır. Bu barədə dəfələrlə Avtosfer.az-a şikayətlər daxil olub. Bir neçə dəfə də ərazidəki dayanacağı zəbt edən taksi sürücüləri barəsində məlumat verilib. Amma görünür ki, bura nəzarət edən yoxdur. Avtobuslar məcburi olaraq yolun hərəkət hissəsində saxlayır ki, bu da sərnişinləri təhlükəyə atır. Taksi sürücüləri isə buranı dayanacağa çevirib. Onlara "gözün üstündə qaşın var" deyən də yoxdur. Görəsən Xırdalan şəhərində yol polisi yoxdur? Fotoları təqdim edirik:
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər