Əsas səhifəÖlkəDeputatdan təklif: “Texniki baxış qaydalarına yenidən baxılmalıdır”
PAYLAŞ

Deputatdan təklif: “Texniki baxış qaydalarına yenidən baxılmalıdır”

Ölkə 11 Sentyabr 2020 20:41 1536

Bəhruz Məhərrəmov: "Bunlar nasaz olduqca hadisənin qarşısının alınması mümkün deyil"

Avtonəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı edilən bəzi yeniliklər sürücülər üçün faydalı olsa da, təhlükəsizlik baxımından risklidir. Məsələn, bu gün hətta texniki cəhətdən heç bir qaydalara uyğun olmayan avtomobili də 1 il müddətinə texniki baxışdan keçirmək olar. Sükanı, təkəri, əyləci, işıq sistemi mövcud olmasa belə yol polisi həmin avtomobilin texniki baxışdan keçməsi barədə ən əzı 1 illik texniki baxış talonu verməlidir. Bəs, belə avtomobil texniki baxışdan çıxan kimi qəza törətsə, kiminsə həyatına son qoysa, o zaman məsuliyyət kimin üzərində qalır? Axı nasaz avtomobil texniki baxışdan necə keçə bilir? Texniki baxışın mahiyyəti texniki cəhətdən saz olan avtomobilləri istimsara buraxmaqdırsa o zaman bu cür formal yanaşmaya nə ehtiyac var?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, 2018-ci ilin iyul ayında "Yol hərəkəti haqqında" qanuna olunmuş dəyişiklik əslində bu sahədə daha səmərəli xidmətin təşkili məqsədi daşıyırdı və kifayət qədər də uğurlu nəticə verdi. Texniki baxışla bağlı qüsurlar xeyli dərəcədə aradan qalxdı. Lakin nəzərə almaq lazımdır ki, texniki baxışın özünün əsl mahiyyətindən kənarlaşmaq olmaz. Onun fikrincə, loyallaşma elə həddə aparılmalıdır ki, mənfi tendensiyaya da yol açmasın: "Bu baxımdan, elə texniki qüsurlar var ki, mövcud qanuna əsaslanıb həmin qüsurları aradan qaldırmadan avtomobili baxışdan keçmiş hesab etmək qəbuledilməzdir. Bu yanaşma digər hərəkət iştirakçılarının təhlükəyə atılması deməkdir. Ona görə də hesab edirəm ki, qanunvericiliyə bir daha baxılmalı, aradan qaldırılması məcburi olan bir sıra texniki qüsurlara icbari yanaşma müəyyən olunmalıdır. Məsələn, avtomobilin sükan idarəetmə mexanizmi və əyləc sistemi nasaz olduqda texniki baxışdan keçirmədən imtina oluna bilər. Bu qüsarlar yol-nəqliyyat hadisələrinin baş verməsində önəmli rol oynayır. Bunlar nasaz olduqca hadisənin qarşısının alınması mümkün deyil.

İstənilən halda bu addımlarda da diqqətli olmalıyıq, elə etməliyik ki, sürücülər məsələnin mahiyyətini dərk etsin, texniki cəhətdən saz avtomobilin mahiyyətini qavrasın və bilsin ki, bütün bunlar onun və digərlərinin həyatı üçün önəmlidir".

Deputat onu da qeyd edib ki, eyni zamanda bu yenikiklər dövlət qurumunun da məsuliyyətini artırmalı, heç bir xoşagəlməz tendensiyaya rəvac verilməməlidir.


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020