Əsas səhifəMaraqlıAvtomobillər ölkəsi Amerika
PAYLAŞ

Avtomobillər ölkəsi Amerika

Maraqlı 12 Sentyabr 2020 10:02 496

Amerika Birləşmiş Ştatlarında məskunlaşmaq çox insanın arzusudur. ABŞ böyük imkanlar ölkəsi hesab olunur. Avtomobil jurnalisti olaraq, ABŞ-ın nəqliyyat strukturu, avtomobil sənayesi və bazarı, həmçinin həyat tərzi məni çox maraqlındırır. Bir çoxlarını düşündürən bu məsələlərə cavab tapmaq üçün ABŞ-a səfər etmək qərarına gəldim. Ölkə, yerli həyat tərzi ilə yaxından tanış olmaq niyyətindəyəm. İlk təəssüratlarım haqqında sizinlə bölüşmək istəyirəm.

Avtomobil amerikalıların həyatlarında böyük yer tutur. 2019-cu ildə ABŞ bazarında 17,5 milyon avtomobil satılıb. Satış göstəricilərinə görə, ilk beşlikdəki yerləri Ford, sonra Toyota, Chevrolet, Honda və  Nissan şirkətləri tutur.

Amerikalılar üçün avtomobil vacib alışlardan biridir. Burada ailənin hər bir üzvünün öz avtomobilinin olması adi hal sayılır. Hətta, bəzi kiçik şəhərlərdə ictimai nəqliyyata ehtiyac olmadığı üçün, demək olar ki, yoxdur. Səbibi də hər bir şəhər əhlinin öz avtomobilinin olmasıdır. Ona görə də, bütün şəhərlərdə iri şourumları olan çoxlu sayda avtomobil dilerlərinə, həmçinin ikinci əl avtomobilləri satan salonlara rast gəlmək olar. Hər bir dilerin salon və anbarında yüzlərlə avtomobil dayanır.

Bir neçə gün əvvəl, səhər saat doqquz radələrində Porsche diler mərkəzinə getdiyimdə,orada  artıq ən azı 10 müştəri avtomobil seçirdi. Diler salonunun dayanacağında isə çox sayda 911 Cabrio modelləri dayanmışdı. Amerikalılar kabrioletləri çox sevirlər. Bu modeli məhz biznesdə uğurlu olan şəxslər əldə edərək öz imkanlarını nümayiş etdirirlər. Eyni səhnəni digər markaların salonlarında da görmək mümkündür. 

Mənim üçün təəccüblü olan, iri diler salonlarının şəhər kənarındakı xüsusi məkanlarda yerləşməsidir. Hətta, belə ərazilərdə bir neçə avtomobil markasının diler salonları yan-yana fəaliyyət göstərir.

İkinci əl avtomobil ticarəti ilə məşğul olan salonların ərazisində o qədər avtomobil dayanıb ki, ucu-bucağı görünmür. Satıcıar hər növ avtomobilə tələb olduğunu qeyd edirlər. 

Əlbəttə ki, ən çox satılan modellər ABŞ-da istehsal olunan avtomobillərdir. Ona görə də, bir çox xarici istehsalçılar burada zavodlar qurub, yerli tələbata cavab verən modellər istehsal edirlər. Onların ən nəhəngləri yapon markalarıdır. Bu, daha ucuz başa gəlir, həmçinin avtomobillər yerli standartlara uyğun olurlar.

"Muscle car" adlandırılan avtomobillər isə amerikanlılar üçün fetişdir. Belə avtomobillər hər zaman diqqət çəkirlər. Xüsusu salonlar belə avtomobilləri, xüsusən də keçən əsrin ortalarında istehsal edilmiş modelləri təklif edirlər. Əlbəttə ki, belə avtomobillər əla vəziyyətdə olurlar. Onları onlayn alanlar da az deyil. Satışdan sonra avtomobili sahibinə çatdırmaq üçün isə, "Car houler" deyilən şirkətlər mövcuddur. Bahalı avtomobillər xususi bağlı treylerldə  sahiblərinə çatdırılırlar.

igər diqqət çəkən məsələ isə yollardır. Geniş "Highway"-lər ölkənin dörd bir tərəfinə uzanırlar. Bu geniş və rahat yollar bir-birinə qovuşaraq, yaşayış ərazilərindən yan keçirlər. Bu yollarla on minlərlə avtomobil şütüyür. Hayveylərdə diqqətimi çəkən digər bir şey oldu: çox sayda yük avtomobilləri ölkə ərazisində hərəkət edərək, əsas yükdaşıma strukturunu yaradır. Həmin yüklərin içərisində avtomobillər də başlıca yerlərdən birini tutur. 

Hər bir ştatın girişində “Welcome Center” yerləşir. Burada ştat haqqında məlumat almaq və dincəlmək olar. Hayveylərdə təxminən hər 25 mildən (42 km) bir "Service Area” adlandırılan xüsusi mərkəzlərdə dayanıb dincəlmək, qidalanmaq, kofe içmək, alış-veriş etmək və yanacaq doldurmaq olar. Belə mərkəzlər yanacaq doldurma məntəqələrində daha kiçik miqyasda olur. Bəzilərində, hətta duş qəbul etmək üçün şərait də var.

Digər diqqət çəkən məsələ isə yollardır. Geniş "Highway"-lər ölkənin dörd bir tərəfinə uzanırlar. Bu geniş və rahat yollar bir-birinə qovuşaraq, yaşayış ərazilərindən yan keçirlər. Bu yollarla on minlərlə avtomobil şütüyür. Hayveylərdə diqqətimi çəkən digər bir şey oldu: çox sayda yük avtomobilləri ölkə ərazisində hərəkət edərək, əsas yükdaşıma strukturunu yaradır. Həmin yüklərin içərisində avtomobillər də başlıca yerlərdən birini tutur. 

Hər bir ştatın girişində “Welcome Center” yerləşir. Burada ştat haqqında məlumat almaq və dincəlmək olar. Hayveylərdə təxminən hər 25 mildən (42 km) bir "Service Area” adlandırılan xüsusi mərkəzlərdə dayanıb dincəlmək, qidalanmaq, kofe içmək, alış-veriş etmək və yanacaq doldurmaq olar. Belə mərkəzlər yanacaq doldurma məntəqələrində daha kiçik miqyasda olur. Bəzilərində, hətta duş qəbul etmək üçün şərait də var.

Amerikalılar kemperləri də çox sevirlər. Onlar əsasən qoşqu və yaxud mikroavtobus formasında olan kemperlərdən istifadə edirlər. Qiymətindən asılı olaraq, treylerlərin təchiz edildiyi avadanlıq və mebel də fərqli olur. Bəzi bahalı versiyaların daxili tərtibatı bəzən yaxtalara yaxınlaşır. Məlum məsələdir ki, belə kemperlərdə istənilən şərait olur. Bu treylerlər ilə təbiətə istirahət üçün yollanmaq çox rahatdır. Onu istədiyin (xüsusi qadağa yoxdursa) ərazidə saxlamaq olar. Qeyd edim ki, heç kimə mane olmadığın təqdirdə polis yaxud şerif gəlib orada kiminlə, nə üçün dayandığın barədə sual verərək səni narahat etmir. 

Orta ölçülü şəhərlərdə yaşayış binalarının qarşısında və həyətlərində böyük dayanacaqlar yerləşir. Binanın tutduğu ərazidən böyük olan dayanacaqlarda yüzlərlə avtomobil dayanır. Artıq qeyd etdiyim kimi, Amerikada ailənin hər bir üzvünün ona məxsus olan avtomobili var. Amma böyük şəhərlərdə avtomobildən istifadə etmək o qədər də sərfəli olmadığı üçün, əksər hallarda şəhər əhalisi ictimai nəqliyyata üstünlük verir. 

Aşağıdakı şəkillərdə ABŞ-ın 10 ən maraqlı dayanacaqları təsvir olunub: Çikago (2-ci şəkil), Kanzas Siti, San Fransisko, Mayami, Leksinqton, Detroyt, Ostin, Sakramento.

Məsələn, Nyu York və San Fransiskoda dayanacaq üçün yer tapmaq çox çətindir, pullu dayanacaqlar isə çox bahalıdır. Bəzən qiymətlər kəllə-çarxa çıxır. Yerli sürücülərdən 1 saatı 80 dollara olan dayanacaqların mövcud olduğu barədə məlumat verən də oldu. Biz isə, Bakıda 1 saata 1 manat ödəyəndə "bahadır" deyirik. Əlbəttə ki, ölkələrimizin əhalisinin gəlir fərqi böyükdür. Bununla belə, yüksək gəlirlərə malik olan amerikalılar da dayanacağın 1 saatına 20 dollar ödəməyə hazır deyillər. Qeyd etmək gərəkdir ki, böyük şəhərlərin mərkəzində yerləşən dayanacaqlardakı qiymətlər belə səviyyədədir.

ABŞ-da istehlakçılar avtomobillərə kredit və lizinq vasitəsi ilə sahib ola bilərlər. Nağd ödənişlə çox nadir hallarda avtomobil əldə edən olur. Amerikada kredit sistemi böyük əhəmiyyət kəsb edir. Kredit tarixinin yaxşı olması, insanlar üçün böyük imkanlar yaradır. Yaxşı kredit tarixi olan şəxs avtomobili ilkin ödəniş etmədən, yaxud az miqdarda ödəniş edərək və çox aşağı faiz ilə (illik 3-4%) əldə edə bilər. Kredit tarixi olmayan, yaxud pis tarixii olan şəxslər isə mütləq qabaqcadan böyük məbləğdə ödəniş etməlidirlər. Belə şəxslər üçün kreditin faizi də yüksək olur - illik 17-18%.

Avtomobil əldə etməyin digər yolu Lease, yəni icarədir. Bu halda da ön ödəniş edərək, aylıq ödənişlərlə icarə haqqı ödənişlir. Amma kreditdən fərqli olaraq, istədiyin zaman icarədən imtina etmək olar. Lease müddəti bitdiyindən sonra avtomobil satıcıya qaytarılır. Bu halda əmlak hüququ lizinq şirkətinin olur. Bu daha çox şirkətlər üçün sərfəlidir ki, balansında avtomobil saxlamır, müqavilə sona çatdıqda onu geri qaytarır, həm də ödənişləri xərclərə yazaraq, vergi ödənişləri azaldılır.

Avtomobili əldə etdikdən sonra, iki ay ərzində onu müvəqqəti nömrə və sənədlərlə idarə etmək olar. Bu müddət ərzində avtomobil DMV (Department of Motor Viechles) təşkilatında rəsmiləşdirilir. Nömrə nişanı alarkən standart, yaxud özəl nömrə sifariş etmək mümkündür. Nömrə nişanının üzərində istədiyin sözü yaxud rəqəmi yazdırmaq olar. Azərbaycanlı emiqrantlar bizə xas olan sözləri seçirlər. Bəzən bu nömrələr təbəssüm də doğurur.

Avtomobil nömrə nişanına görə hər il ödəmə edilir. Özəl (custom) nömrə üçün ödəmə iki dəfə bahadır. Digər ödəniş isə, avtomobilin mühərrik həcmindən asılı olaraq alınan illik vergidir. Bir sözlə, avtomobilə sahib olmaq heç də ucuza başa gəlmir. Avtomobillərin ilkin qiyməti ucuz görünsə də, onlardan istifadə haqqı baha olur. 

Yanacağın qiyməti ştata görə dəyişə bilər. Məsələn, Kaliforniyada bir qallon (3.78541 litr) yanacağın qiyməti 4 dollardırsa, tam əks tərəfdə olan Virciniyada 2 dollar ola bilər. Yanacağın qiyməti birbaşa neftin qiymətindən asılıdır və zamanla dəyişə bilər.

Dünyanın ən böyük avtomobil hərracları da məhz ABŞ-dadır. Həmin hərraclarda banklardakı problemli krediti olan, sığorta halları üzrə ödəniş edilmiş zədəli avtomobillər satılır. Bir çox dilerlər həmin avtomobilləri hərrac yolu ilə əldə edərək, təmir işlərini həyata keçirdikdən sonra müştərilərə təklif edir, yaxud digər ölkələrə ixrac edirlər. Bu hərraclarda ucuz qiymətə müxtəlif marka və sinifdən olan avtomobilləri əldə etmək mümkündür.

2020-ci ilin satış nəticələrinə görə ilk onluqda yer alan populyar avtomobillər aşağıdakılardır:
1. Ford F-Series
2. Chevrolet Silverado
3. RAM Pickup
4. Toyota RAV4
5. Toyota Camry
6. Chevrolet Equinox
7. Honda CR-V
8. Toyota Corolla
9. Honda Civic
10. Nissan Rogue

Elektromobillər də trenddədir. Yollarda tez-tez Tesla elektromobillərinə rast gəlmək olar. Tesla elektrokarları avropalı rəqiblərindən ucuz olduğu üçün daha sərfəlidirlər. Digər populyar elektromobil Chevrolet Bolt modelidir. 

Amma amerikalıların ən çox sevdiyi avtomobillər məhz nəhəng pikaplardır. Satış rəqəmlərinə görə ilk 3 yeri məhz pikaplar tutur - Ford F Series pikapları isə uzun müddətdir ki, bu siyahıya başçılıq edirlər. Geniş salona və tutumlu baqaja malik olan bu avtomobillərdən bir çox məqsədlər üçün istifadə etmək mümkündür. Yanacaq qiymətinin ucuz olması nəhəng mühərrikli pikapları populyar edən amillərdəndir.



MƏNBƏ: autgraph.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020