Polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.
Avtoyol.az Avtosfer.az-a istinadla xəbər verir ki, qəza sentyabrın 12-də gecə saatlarında Ukraynanın Çernovçax əyalətində baş verib.
Məlumata görə, Dövlət Milli Polis İdarəsinin əyalət üzrə bölmələrinin birində çalışan adı açıqlanmayan 31 yaşlı polis əməkdaşı, yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən, sükan idarəetməsini itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi əvvəlcə svetofora çırpılaraq aşırıb, daha sonra isə havaya qalxaraq bir yaşayış evinin hasarının üzərində asılı qalıb. Qəzadan sonra sürücü hadisə yerindən yayınıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsini törədən polis əməkdaşı qəza zamanı vəzifə başında olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər