Əsas səhifəQəzaBelqradda kriminal avtoritetin maşını partladıldı
PAYLAŞ

Belqradda kriminal avtoritetin maşını partladıldı

Qəza 14 Sentyabr 2020 09:21 1360

Serbiyanın paytaxtı Belqradın mərkəzində əsas küçələrdən birində hərəkətdə olan “BMW X5” avtomobili partladılıb.

Avtoyol.az xəbər verir ki, bu barədə“TASS” məlumat yayıb.

Məlumatda Belqrad polis idarəsinin rəisi Milan Staniç deyir:

“Bu gün saat 12:15-də Novi-Beoqrad ərazisində, Omladinsk briqadası küçəsində hərəkətdə olan avtomobilin partlayışı baş verib, nəticədə iki nəfər yaralanıb”, - deyə məlumatda qeyd olunur.

Serbiyanın “Blic” qəzetinin məlumatına görə, partlayışda yaralananlardan biri kriminal avtoritet Straxinya Stoyanoviç və onunla eyni maşında olan 45 yaşlı Kolumbiya vətəndaşıdır. Hadisə nəticəsində Stoyanoviçin sağ ayağı qopub, o, reanimasiyaya yerləşdirilib. Onun yol yoldaşı isə bir neçə travma alıb.

Qeyd edək ki, bu Stoyanoviçə qarşı edilmiş ilk sui-qəsd cəhdi deyil. Belə ki, 2018-ci ilin avqustunda Zemun rayonunda da kriminal avtoritetin avtomobili partladılmışdı. Həmin zaman onun yanında olan 20 yaşlı ispan model Olats Bilbao Qonsales ağır yaralanmışdı. 2015-ci ildə isə Stoyanoviçin atasına Belqradda muzdlu qatil tərəfindən atəş açılıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020