Maserati şirkəti müştərilərinə Fuoriserie adlandırdığı fərdiləşdirmə proqramını təklif edəcəkdir. Bu proqram çərçivəsində müştərilərə avtomobilin eksteryer və interyerinin tərtibatını onların tələb və istəklərinə uyğun olaraq fərdiləşdirmək təklif olunur. Proqram üç kolleksiyadan ibarət olacaqdır: Corse, Unica və Futura.
Belə xidmət demək olar ki, bütün premium markalar tərəfindən təklif olunur. Bu baxımdan, italyanlar yeni bir şey təklif etmirlər. İtalyanların fikrincə, Maserati Fuoriserie proqramı, belə addıma hazır olmayan müştərinin minlərlə dekor, salon tərtibatı və boya variantlarından seçim etməyə şərait yaradacaq üç fərdiləşdirmə istiqamətindən - Corse, Unica və Futura, - ibarətdir.
Şəkillərdən göründüyü kimi, Corse kolleksiyası Maserati modellərinə retro elementləri olan yarış estetikasını gətirəcəkdir. Futura istiqaməti çərçivəsində, müştərilər uyğun rəng birləşmələri sayəsində futuristik interyerlər yarada bilərlər. Unica istiqaməti isə, adından da göründüyü kimi unikal bir şey yaratmağa imkan verir: bu istiqamətdə heç bir məhdudiyyət yoxdur.
Fuoriserie proqramının başlanılması, Folgore (italyanca “ildırım”) adlı elektrikləşdirmə strategiyasının elanı ilə eyni vaxta təsadüf edir. Folgore proqramı hər Maserati modelinin tamamilə elektrik versiyasına sahib olacağını nəzərdə tutur. Elektrik ötürməsinə keçən ilk modellər yeni GranTurismo/GranCabrio modelləru olacaqdırlar. Onların ardınca MC20 kupesi, Levante və Grecale krossoverləri elektrik versiyasında buraxılacaqdırlar.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər