Əsas səhifəÖlkəDizel yanacağının istehsalı 3 faiz artıb
PAYLAŞ

Dizel yanacağının istehsalı 3 faiz artıb

Ölkə 15 Sentyabr 2020 18:35 1312

Yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 493,2 min ton dizel yanacağı, 824,9 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 337,4 min ton ağ neft, 42,2 min ton yanacaq mazutu, 18,1 min ton sürtkü yağları, 378,7 min ton neft bitumu və 145,2 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 8 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 124,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 2,2 faiz artıb.

Neft məhsullarından neft bitumunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 36,1 faiz, dizel yanacağının istehsalı 3 faiz, avtomobil benzininin istehsalı 0,8 faiz artıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı 13,8 faiz, ağ neftin istehsalı 16,9 faiz, yanacaq mazutunun istehsalı isə 45,1 faiz azalıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020