Azərbaycan avqust ayında traktor istehsalını bərpa edib.
Avtoyol.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, 2020-ci ilin avqust ayında ölkədə 96 ədəd traktor istehsal olunub. Yanvar-avqust aylarında isə 165 ədəd traktor istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,8% azdır. Sentyabrın 1-nə anbarlarda 144 ədəd hazır məhsul ehtiyatı qalıb.
Xatırladaq ki, koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı may ayından etibarən dayandırılmışdı.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər