Mitsubishi şirkəti həyat dövrünün ortasında yüngül restaylinqən keçmiş Eclipse Cross modelinin ilk tizerini dərc edib. Eclipse Cross modelinin modernləşdirilməsi, yapon markasının model çeşidinin yeniləməsi üzrə genişmiqyaslı planının bir hissəsidir.
Avtoyol.az autograph.az-a istinadla xəbər verir ki, Mitsubishi şirkətindən krossoverin "ön və arxa dizaynında köklü dəyişikliklərin" baş verdiyini, bu dəyişikliklərin avtomobilə "daha nüfuzlu və enerjili bir görünüş" bəxş edəcəyini vurğulayıb. Krossoverin yenilənmiş dizaynını hazırlayarkən, dizaynerlər, 2017-ci ildə Tokyo avtosalonunda təqdim olunmuş e-Evolution elektrik konsept avtomobilindən ilham alıblar.
Dərc edilmiş şəkidən göründüyü kimi, yenilənmiş Eclipse Cross silueti, X-formalı radiator barmaqlığı və nazik formalı "iki mərtəbəli" ön fənərləri sayəsində konseptə bənzəyəcəkdir.. Bundan əlavə, krossover ilə konsept arasındakı oxşarlığı arxa hissənin dizaynı və beşqollu təkər diskləri təmin edirlər.
Model xəttini yenilənməsi planına əsasən, Mitsubishi bu ilin sonuna qədər Outlander PHEV və yığcam Mirage modellərini nümayiş etdirəcəkdir. Bu modellərin ardınca, Outlander Sport (ASX) krossover yenilənəcəkdir. Yenilənmiş Eclipse Cross modelinin təqdimatı 2021-ci ilin birinci rübündə,dördüncü nəsil Outlander modelinin isə ikinci rübündə təqdim ediləcəkyi gözlənilir.
Ancaq yeni modellər Avropada təklif edilməyəcəkdir: bir müddət bundan öncə qəbul edilmiş yeni strategiyaya əsasən, şirkəti yaxın iki il ərzində xərcləri 20% azaltmaq qərarına gəlib. Brend üçün ən vacib istiqamət Asiya ölkələri olacaqdır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər