Əsas səhifəXariciBMW 1 Series modelinin gənclərə ünvanlanış verisyasını hazırlayır
PAYLAŞ

BMW 1 Series modelinin gənclərə ünvanlanış verisyasını hazırlayır

Xarici 17 Sentyabr 2020 20:03 1703

BMW şirkəti 1 Series hetçbekinin yeni versiyasını buraxacağını elan edib. Yeni verisya gənc auditoriyaya ünvanlanıb və “tipik BMW idarəetmə həzzinə” olan tələbatı ödəmək üçün hazırlanıb. BMW 128ti modelinin kapotunun altında 265 at qüvvəsinə sahib olan 2.0-litrli dördsilindli turbomühərrik yerləşir. Ötürmə - ön oxadır.

Avtoyol.az autograph.az-a istinadla xəbər verir ki, Ti və tii (Touring International and Touring International Enjection) qısaltmalarından 1960 - 1970-ci illərdə 02  adlandırılan seriyadan olan avtomobillərin idman modifikasiyalarının işarələnməsi üçün istifadə olunurdu. Sonradan “ti” indeksindən E36 kuzovlu 3 Series hetçbekində istifadə edilib.

İndi belə indeksi BMW 1 Series hetçbekinin “aralıq” versiyası daşıyacaqdır. Yeni modifikasiya 1 Series model xəttində üçsilindrli 118i modeli ilə 306 at qüvvəli M135i xDrive hetçebkinin arasında yer alacaqdır.

Hazırda BMW 128ti hetçbeki son sınaqlardan keçir. Avtomobilin idarəetmə keyfiyyətlərini Ayfel dağətəyi dolanbaclı yollarında və əlbəttə ki, məşhur Nürburqrinqdə yoxlanılır. Avtomobilin kapotunun altında 265 at qüvvəsi hasil edən 2.0-litrlik turbomühərrik yerləşir. Mühərrik səkkiz pilləli Steptronic Sport "avtomatı" və yüksək sürtünməli mexaniki Torsen differensialı ilə birlikdə çalışır.

Öndən çəkişli 128ti modeli 100 km/saat həddinə sürətlənməsinə 6.1 saniyə gərəkdir. Müqayisə üçün, bi işə 118i modelinə - 8.5 saniyə, M135i xDrive modelinə isə 4.8 saniyə (M Performance paketi ilə 4.7) tələb olunur, lakin sonuncu modifikasiya 80 kiloqram ağırdır.

Güclü mühərrik ilə yanaşı, hetçbek 10 millimetr azaldılmış hündürlüyə malik olan M Sport asqısını,   daxili təkərini əyləcləyərək avtomobili döngələrə girməsinə kömək edən Performane Control funksiyasını, yenidən tınizmlənmiş sükan mexanizmini, sərt köndədlən dayanıqlılıq stabilizatoru və stabilizator oymaqlarımı, həmçinin M əyləclərini əldə edib. Əlavə ödənişlə yürsək ilişmə qabiliyyətinə malik olan idman şinlərini sifariş etmək olar.

Yeni modifikasiya bu ilin noyabr ayında satışa çıxacaqdır. Qiymətlər hələlik açıqlanmayıb.

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020