Əsas səhifəQəzaBakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
PAYLAŞ

Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü

Qəza 21 Sentyabr 2020 12:52 1738

Bakıda piyadanı elektrovoz vurub.

Bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 19-də Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Maarif Şükürovu elektrovozun vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla piyada Maarif Şükürovun Səngəçal-Qaradağ dəmir yolu xəttinin Sahil qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən elektrovozla vurularaq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

​Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020