+994507882020
info@avtoyol.az
Əsas səhifəEkspertÖlümlə nəticələnən qəzaların sayı niyə artır?
PAYLAŞ

Ölümlə nəticələnən qəzaların sayı niyə artır?

Ekspert 21 Sentyabr 2020 17:47 69

Pandemiya şəraiti ilə əlaqədar olaraq ölkədə tətbiq edilən məhdudiyyətlərə baxmayaraq yollarda tez-tez çox ağır, ölümlə müşahidə edilən qəzaların şahidi oluruq. Ölümlə nəticələnən qəzaların sayının bu qədər artmasına səbəb nədir?

Avtoyol.az xəbər verir ki, bununla bağlı milli.az-a açıqlama verən hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücülərin dünya görüşünü dəyişəcək maarifləndirmə işləri apara bilmirik:

"Həmişəki səbəblərdir. Xüsusi bir səbəb yoxdur, amma səbəb də çoxdur. Burada yol hərəkəti təhlükəsizliyinə yanaşmadakı biganəlikdən tutmuş, insanların öz həyatlarına, sağlamlıqlarına laqeyd münasibətinə qədər hər şey var. Ümumən götürəndə yol nəqliyyat hadisələrinin səbəblərini biz adətən rəsmi dövlət qurumlarının bəyanatlarına baxıb deyirik, amma o bəyanatlarda, əslində, səbəblər yox, elə hadisələrin özləri göstərilir. Yazırlar sürət həddi pozuldu, manevr qaydaları pozuldu. Amma əslində, bunlar artıq qayda pozuntularıdır, səbəb başqadır. Səbəb, məsələn, sürücü hazırlığındakı problemlərdir ki, peşəkar sürücülər hələ də hazırlaya bilmirlər, lazımi maarifləndirmə işləri, yəni həyat tərzini, dünya görüşünü dəyişən marifləndirmə işləri apara bilmirik. Sadəcə, "Qaydalar var, onlara riayət edin" demək çox azdır. Ən üst səviyyədə yaxşı nümunələr olmalıdır.

Yol hərəkətinin təşkilində də ciddi qüsurlar var. Tutaq ki, yollarımız işıqlandırılmır. Bəzi texniki problemlər var, məsələn, işıqfor işləmir, nişan, xətt yerində deyil və yaxud da görünmür. Bütün bunlar hamısı toplaşanda həmin acınacaqlı mənzərə yaranır. Hələ ki, yol hərəkəti təhlükəsizliyinə yanaşmamız yetərincə deyil, bu işlə məşğul olan dövlət qurumları üzərlərinə düşəni edə bilmirlər. Əsas problemimiz buradadır".

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az