Əsas səhifəÖlkəDeputat "Pikap"ların yığılmasına görə yol polisini günahlandırdı
PAYLAŞ

Deputat "Pikap"ların yığılmasına görə yol polisini günahlandırdı

Ölkə 23 Sentyabr 2020 10:24 1497

Bir müddətdir vətəndaşlara məxsus "Pikap" tipli avtomobillərin saxlanaraq səfərbərlik adı ilə aparılması barədə məlumatlar yayılıb.

Qeyd edilib ki, yol polisi əməkdaşları stasionar postlarda bu cür nəqliyyat vasitələrini alaraq sahiblərinə bildiriş veriblər.

"MediaPost" xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Erkin Qədirli bildirib ki, "Pikap"ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub:

"Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər, öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Onlar bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). "Pikap"ların və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar".


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020