İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtoyol.az xəbər verir ki, Bakı sakini 30 yaşlı Azər Qədirli “Mitsubishi” markalı avtomobili ilə İsmayıllının Bizlan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə zamanı sürücü və 5 yaşlı oğlu Uğur Qədirli ağır xəsarətlər alıb, sərnişin qismində olan anası 63 yaşlı Əliyyə Qədirli isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Onun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Yaralılarsa İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər