Əsas səhifəÖlkəAvropa Şurası cəbhədə vəziyyətin gərginləşməsindən ciddi narahatdır
PAYLAŞ

Avropa Şurası cəbhədə vəziyyətin gərginləşməsindən ciddi narahatdır

Ölkə 27 Sentyabr 2020 15:03 1578

Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç-Buriç Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda münaqişənin hərbi cəhətdən gərginləşməsindən narahatlıq ifadə olunub:

“Üzv dövlətlərimizi - Ermənistanı və Azərbaycanı məsuliyyətli olmağa, təmkinli davranmağa və dərhal hərbi əməliyyatları dayandırmağa çağırıram. Avropa Şurasına qoşularkən hər iki ölkə münaqişənin sülh yolu ilə həll edilməsinə dair öhdəlik götürüb və bu öhdəliyə ciddi şəkildə əməl olunmalıdır.

Bu çətin zamanda mülki insanlar, o cümlədən özlərini yenidən həssas hiss edən uşaqlar, qadınlar və qocalar, eləcə də münaqişədən əziyyət çəkən hər kəs barədə düşünürəm. Avropa Şurası adından iki üzv dövlətimizin rəhbərlərini insan həyatını qorumaq və hərbi münaqişələrdə iştirak etməmək üçün mümkün olan hər şeyi etməyə çağırıram. Eskalasiyanı dayandırmaq üçün hər cür səy göstərilməlidir”.

“Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədrlərinə üzv ölkələrimizə bu münaqişənin sülh yolu ilə həll edilməsinə kömək etmək üçün etdikləri işlərdə dəstəyimizi təsdiqləyirik”, - Mariya Peyçinoviç-Buriç bildirib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020