Azərbaycan PUA-sı Ermənistana məxsus S-300 sistemini məhv etdi
Ölkə
27 Sentyabr 2020 19:43
2137
Bu gün Ermənistanın işğalçı qoşunlarına qarşı döyüş əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin daha bir möhtəşəm uğuru haqda məlumat əldə etmişik.
Ordu.az-ın məlumatına görə, Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv edib.
Bununla da, Dağlıq Qarabağ səması artıq Azərbaycanın hərbi aviasiyası üçün açıqdır.
Rəylər