Əsas səhifəÖlkəYağışlı hava şəraiti ilə bağlı DİN Baş DYP İdarəsinin hərəkət iştirakçılarına müraciəti
PAYLAŞ

Yağışlı hava şəraiti ilə bağlı DİN Baş DYP İdarəsinin hərəkət iştirakçılarına müraciəti

Ölkə 18 noyabr 2020 11:00 1919

Son günlər respublika ərazisində, xüsusilə paytaxt Bakıda havaların yağmurlu keçməsi hərəkət iştirakçılarından yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir. Belə ki, yağışlı hava şəraitində yol örtüyünün yaş olması və eniş-yoxuşlarda suların axması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alıb sürət həddini düzgün seçməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, hər hansı təhlükə yarandığı təqdirdə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almaq mümkün olsun.
Eyni zamanda nəqliyyat vasitələrinin şinlərinin protektorundakı naxışların qalmış hündürlüyünə fikir verməli, şüşəyuyanlar və şüşəsilgəcləri müəyyən edilmiş rejimdə işləməli, xarici işıq cihazları və dövlət qeydiyyat nişanları təmiz saxlanılmalıdır.
Bununla yanaşı, yağışın fasiləsiz yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranması nəzərə alınaraq sürücülər həmin ərazilərdən keçərkən diqqətli olmalı və elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.
Bir daha sürücülərə xatırladırıq ki, belə hərəkətlər qanun pozuntusu hesab edilir və həmin əməlləri törədən şəxslər məsuliyyət daşıyırlar.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020