Əsas səhifəNəqliyyatSərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb
PAYLAŞ

Sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb

Nəqliyyat 21 Yanvar 2021 10:45 2005

Qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi 40 km/saat, qalan hissələrində, eləcə də Zığ-Hava limanı yolunda isə 20 km/saat həddində endirilib.

Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.

Bir daha hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020