Əsas səhifəÖlkəDİN Baş DYP İdarəsinin sürücülərə müraciəti
PAYLAŞ

DİN Baş DYP İdarəsinin sürücülərə müraciəti

Ölkə 08 fevral 2021 16:00 1088

Son günlər koronavirus (COVİD-19) infeksiyasına yoluxan insanların sayının azalması və respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması ötən günlərlə müqayisədə yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin, eyni zamanda sürücülər tərəfindən törədilən yol hərəkəti qayda pozuntularının sayının artmasına təsir etmişdir.

Belə ki, respublika ərazisində gün ərzində ümumilikdə 11-12 min fakt (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınan 6-7 min fakt) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın aşkar edilməsi, dövlət yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq ağır yol-nəqliyyat hadisələrinin də baş vermə riskini artırır.

Qeyd olunanları nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün, Baş DYP İdarəsi bir daha bütün sürücülərdən intizamlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. 

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020