Əsas səhifəNəqliyyatBəzi marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib
PAYLAŞ

Bəzi marşrut xətlərinin hərəkət sxemi müvəqqəti dəyişdirilib

Nəqliyyat 02 Mart 2021 17:20 1126

İbrahimpaşa  Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində  (Tenis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaratmışdır. 

Bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşğıda qeyd olunan qaydada təşkil edilib.

✅ 6, 88 və 88 A  nömrəli müntəzəm marşrutlar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə təşkil edilib.

✅ 88 nömrəli müntəzəm marşrut “Azadlıq prospekti” metrostansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə təşkil edilib.

✅ 202 nömrəli müntəzəm marşrut “Nəriman Nərimanov ” metrostansiyası istiqamətində Süleyman Sani Axundov – Şövkət Məmmədova küçələri ilə təşkil edilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020