Rusiyada idman jurnalisti, "Çempionat" nəşrinin əməkdaşı Dmitri Yeqorovun avtomobili yandırılıb.
Bu barədə təcrübəli media işçisinin özü teleqram-kanalı vasitəsilə açıqlama verib. O, hadisənin gecə vaxtı baş verdiyini bildirib. Yeqorov heç kimdən şübhələnmədiyini əlavə edib.
Qeyd edək ki, yanğın nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb. ("Report")
Rəylər