Əsas səhifəNəqliyyatXiaomi elektromobillərin istehsalına 10 milyard dollar sərmayə yatıracaq
PAYLAŞ

Xiaomi elektromobillərin istehsalına 10 milyard dollar sərmayə yatıracaq

Nəqliyyat 31 Mart 2021 08:36 1378
Çinin elektronika istehsalçısı "Xiaomi Corp" elektrik nəqliyyat vasitələri bazarına çıxmaq niyyətindədir və bu sahədə fəaliyyətlərini inkişaf etdirmək üçün yaxın 10 ildə 10 milyard dollar xərcləməyi planlaşdırır.

Şirkət xüsusi olaraq elektromobillərin istehsalı ilə məşğul olan müstəqil bölmə yaradacağını açıqlayıb.

Bildirilir ki, yeni kompaniyanın istifadəyə verilməsi üçün 10 milyard yuan (1,5 milyard dollar) xərclənəcək və gələcəkdə bu işə qoyulan investisiyalar artacaq. Qeyd edək ki, Çin dünyanın elektrik nəqliyyat vasitələri üzrə ən böyük bazarlarından biridir və bu sahədə ölkədə güclü rəqabət mövcüddur.
MƏNBƏ: Trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020