Əsas səhifəQanunİşıqforun qırmızı işığına məhəl qoymayan sürücülər peyda oldu - Polis araşdırmalara başladı
PAYLAŞ

İşıqforun qırmızı işığına məhəl qoymayan sürücülər peyda oldu - Polis araşdırmalara başladı

Qanun 31 Mart 2021 10:46 2785
Son günlər sürücülər arasında bir dırnaqarası trend yaranıb. İşıqforun qırmızı işığında keçən sürücülər bu əməllərini çəkib sosial şəbəkələrdə paylaşırlar.

Ekspertlərin fikirincə belə sürücülərə qarşı cəzalar sərtləşdirilməlidir. İşıqforun qırmızı işığına məhəl qoymadan hərəkətinə davam edir. Hələ bu azmış kimi qanunsuz hərəkətini çəkərək sosial şəbəkələrdə təbliğ edir. Belə görüntülər bir neçə gündür ki, sosial şəbəkələrdə dırnaqarası trendə çevrilib. Hətta videonu çəkənlər ''keç mənlikdir'' deyib sanki dırnaqarası trendi bir-birlərinə ötürürlər. Görüntüləri izləyən ekspert Elməddin Muradlı deyir ki, işıqforun qırmızı işığında keçmək kobud qayda pozuntusu olmaqla yanaşı, həm də ağır qəzalara səbəb ola bilər. Qeyd edək ki, sözügedən qayda pozuntularına yol verən sürücü avtomobilinin dövlət nömrə nişanını da çıxarıb ki, yollarda olan xüsusi-texniki vasitələr onun bu qayda pozuntusunu qeydə almasın. Sürücünün yanında əyləşən sərnişinin dizi üstündə olan ''99-MU-354'' dövlət nömrə nişanı bunu deməyə əsas verir. Ekspert onu da təklif edir ki, dəfələrlə işıqforun qırmızı işığından keçən sürücülərə görə inzibati xətalar məcəlləsinə dəyşiklik edilməlidir. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsindən bildirildi ki, həmin kadrlar əsasında qaydaları pozan sürücülər araşdırılır. Onlar aşkar edilib qanunauyğun şəkildə cərimə olunacaqlar.
MƏNBƏ:

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020