Əsas səhifəMaraqlıBakı nəqliyyatı ötən əsrin 60-cı illərində
PAYLAŞ

Bakı nəqliyyatı ötən əsrin 60-cı illərində

Maraqlı 31 Mart 2021 21:35 1116
1964-cü ildə 30 min nüsxə ilə çap edilməsinə baxmayaraq, demək olar ki, dərhal nadir biblioqrafik vəsaitə çevrilən “Bakı” foto albomu buraxılıb.

“Azerhistory” portalının məlumatına görə, albom Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski tərəfindən tərtib edilib. Fotoların müəllifi tanınmış fotoqraf İsak Rubençik olub. Rəsmlər üzərindəki mətnləri isə yazıçı, dramaturq və ssenari müəllifi, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Xalq Yazıçısı, məşhur "Uzaq sahillərdə" povestinin həmmüəllifi (Gəray Seyidbəyli ilə birlikdə) olan İmran Qasımov yazıb. Albomun rəssam-dizayneri məşhur teatr, qrafika və afişa rəssamı, Azərbaycan SSR Xalq Artisti, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi İsmayıl Axundov olub. Müasir dildə desək, fotoalbom “ulduzlar” tərəfindən hazırlanıb. Əyani vəsait 238 ağ-qara və 21 rəngli səhifədən ibarətdir. Fotoşəkillərdə Bakı sakinlərinin iş və asudə vaxtları, inanılmaz dərəcədə gözəl şəhər mənzərələri, bir sözlə, paytaxt həyatının bir çox tərəfləri öz əksini tapıb.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020