Yükü aşan maşının sürücüsü cərimələndi
Avtomobil Yolları
02 Aprel 2021 16:22
1054
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə BDYPİ Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşı barədə səsləndirilən iddialara münasibət bildirib. DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir: “Martın 26-da Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissədə “VAZ 2106” markalı minik avtomobili normadan artıq yük apararaq, həm özü həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. YPX əməkdaşı həmin avtomobilə “saxla” işarəsi versə də, sürücü polis əməkdaşının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçmağa cəhd edib. Nəticədə sərt manevr etdiyinə görə daşıdığı yük dağılıb. Araşdırmalar zamanı məlum olub ki, sürücü - Şəmkir rayon sakini Vüsal Həsənov sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, məsuliyyətdən yayınmaq istəyib. V. Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sonuncu 150 manat miqdarında cərimə edilib”.
Rəylər