Əsas səhifəNəqliyyatAudi Q4 e-tron modelinin istehsalına start verilib
PAYLAŞ

Audi Q4 e-tron modelinin istehsalına start verilib

Nəqliyyat 02 Aprel 2021 21:14 1344
Audi şirkəti dördüncü elektrik krossoveri olan Q4 e-tron modelinin istehsalına başlayıb.


Bundan başqa, alman istehsalçısı yeni yığcam elektrik krossoverinin təqdimat tarixini də açıqlayıb – 14 aprel. Məlum məsələdir ki, elektrik krossoverinin təqdimatı onlyan formatda keçiriləcəkdir.

Dərc olunmuş tizerdən də göründüyü kimi, elektrokar iki kuzov variantı ilə debüt edəcəkdir. Audi Q4 e-tron krossoverinin əsasını Volkswagen ID.4 və Skoda Enyaq iV modellərinin də inşa olunduğu MEB platforması təşkil edir. Audi şirkəti premium elektromobilin sinifdəki ən tutumlu avtomobillərdən biri olacağını vəd edir. Məsələn, Q4 e-tron modelinin baqaj bölümünün həcmi arxa oturacaqların mövqeyindən asılı olaraq 520 ilə 1490 litr arasında dəyişir, salonda isə, ümumi həcmi 24,8 litr olan bir neçə saxlanc bölməsi var. Qapılarda litrlik şüşələr üçün yuvalar nəzərdə tutulub Ancaq əsas yenilik tamamlanmış reallığa sahib olan iri proyeksiya ekrandır - displeyin ölçüsü təxminən 70 düym olacaqdır. Sürücü məlumatı avtomobilin qarşısında üç və 10 metrlik məsafədə görür: naviqasiya təlimatları və sürət ön planda, öndəki nəqliyyat vasitəsi ilə əlaqəli məlumatlar isə uzaqda göstərilir. Daha bir yeni xüsusiyyət - Audi şirkətinin səsli köməkçisidir. Bu köməkçi, məsələn, ən yaxındakı elektrik terminalı ilə bağlı suala cavab verə bilər. Digər avadanlıqlara gəldikdə isə, Q4 e-tron modeli üçün MMI multimedia sisteminin 10,1-düymlük sensorlu ekranı, mərkəzi hava yastığı və idman oturacaqları (təchizat səviyyəsindən asılı olaraq) nəzərdə tutulub. Daha sonra, krossover 11,6-düymlük ekrana sahib olan multimedia sistemi ilə təklif ediləcəkdir. Bu displey bu günə qədər Audi avtomobillərində quraşdırılmış ən böyük displey olacaqdır. Müştərilər, təkrar emal edilmiş plastik şüşələrdən hazırlanmış eko-zamşa ilə üzlənmiş interyer də daxil olmaqla, baza versiyası üçün beş, S-Line versiyası üçün isə dörd daxili tərtibat variantından birini seçə biləcəklər.

Audi Q4 e-tron modelinin 306 at qüvvəli ikimühərrikli güc qurğusu, tam ötürmə sistmi və 77 kilovat-saatlıq batareya ilə təklif ediləcəyi gözlənilir. Krossover 100 km/saat həddini 6,3 saniyəyə toplayacaq və 180 km/saat həddinə qədər sürətlənəcəkdir. Q4 e-trron modelinin yürüş ehtiyatı təqribən 450 kilometr olacaqdır. (autograph)

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020