Türkiyə təyyarəsinin sərnişinləri Varşava hava limanında təxliyə edilib
Nəqliyyat05 Aprel 2021 08:451302
Türkiyə təyyarəsinin sərnişinləri Varşava hava limanında təxliyə edilib İstanbul şəhərindən Polşanın paytaxtı Varşava şəhərinin hava limanında yerə enən “Turkish Airlines” aviaşirkətinin təyyarəsinin ekipajı və 100 nəfərdən çox sərnişini bomba barədə xəbərdən sonra təxliyyə ediliblər.
Bu barədə Varşavanın sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi Daqmar Beles-Yanas yerli xəbər agentliyinə bildirib. "Təyyarənin yoxlanılması üzrə tədbirlər hələ davam edir", - o qeyd edib. Sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi vurğulayıb ki, hələlik heç bir şübhəli predmet aşkar edilməyib. "Hər şey onu göstərir ki, bu, anonim zarafat idi", - Beles-Yanas deyib. Onun sözlərinə görə, partlayış təhlükəsi olan maddələrin mövcudluğunu yoxlamaq üçün təyyarəyə mütəxəssis xidməti itlə qalxmalıdır.
Rəylər