Əsas səhifəNəqliyyatTürkiyə təyyarəsinin sərnişinləri Varşava hava limanında təxliyə edilib
PAYLAŞ

Türkiyə təyyarəsinin sərnişinləri Varşava hava limanında təxliyə edilib

Nəqliyyat 05 Aprel 2021 08:45 1073
Türkiyə təyyarəsinin sərnişinləri Varşava hava limanında təxliyə edilib İstanbul şəhərindən Polşanın paytaxtı Varşava şəhərinin hava limanında yerə enən “Turkish Airlines” aviaşirkətinin təyyarəsinin ekipajı və 100 nəfərdən çox sərnişini bomba barədə xəbərdən sonra təxliyyə ediliblər.

Bu barədə Varşavanın sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi Daqmar Beles-Yanas yerli xəbər agentliyinə bildirib. "Təyyarənin yoxlanılması üzrə tədbirlər hələ davam edir", - o qeyd edib. Sərhəd mühafizəsinin yerli bölməsinin mətbuat katibi vurğulayıb ki, hələlik heç bir şübhəli predmet aşkar edilməyib. "Hər şey onu göstərir ki, bu, anonim zarafat idi", - Beles-Yanas deyib. Onun sözlərinə görə, partlayış təhlükəsi olan maddələrin mövcudluğunu yoxlamaq üçün təyyarəyə mütəxəssis xidməti itlə qalxmalıdır.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020