+994507882020
info@avtoyol.az
Əsas səhifəNəqliyyat“Xəzər-Lada” səhmdarlarına dividend ödəyəcək
PAYLAŞ

“Xəzər-Lada” səhmdarlarına dividend ödəyəcək

Nəqliyyat 06 Aprel 2021 12:01 57
Mayın 20-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "AvtoYol" xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 16-cı km ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, Təftiş Komisiyasının aktının müzakirə olunması, qurumun İdarə Heyətinin yeni sədrinin seçilməsi, səhmdarlara dividend ödənilməsi, mükafatlandırma və kənar auditorun seçilməsi məsələsi daxildir. Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6%-i Naməddin Qasımzadəyə, 8,2%-i 147 fiziki şəxsə məxsusdur.

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az