Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin məlumatı
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

Ölkə 15 aprel 2021 12:00 1011

Yol hərəkət iştirakçılarını əhatə edən maarifləndirmə və nəzarət-profilaktik tədbirlər çərçivəsində aprel ayının 9-dan başlayaraq Gəncə, Ağdam, Ağdaş, Ağstafa, Qazax, Qəbələ, Zərdab, Göygöl, Neftçala, Oğuz, Samux, Salyan, Tərtər, Tovuz, Xızı, Hacıqabul, Cəlilabad,  Şamaxı və Şəki şəhər rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları tərəfindən yollarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbirlər təşkil olunub.

Piyada keçidlərindən istifadə etməyərək öz həyat və sağlamlıqları ilə yanaşı digər hərəkət iştirakçılarına da təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, kobud formada qayda pozuntusuna yol verən piyadalar barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.

Bununla yanaşı, qanunla nəzərdə tutulmuş hallarda yollarda piyadalara yol verməyən sürücülər də müəyyən edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020